"Doogee" şirkəti əsas xüsusiyyəti çox tutumlu batareya olan "Doogee V Max Plus" smartfonunu təqdim edib.
BUTA.TV xəbər verir ki, yeni məhsul sələfi "Doogee V Max" ilə eyni akkumulyatora malikdir və bu, gözləmə rejimində enerji doldurmadan 1540 saata qədər işləməyi təmin edəcək.
Rütubətdən, tozdan və sudan qorunmaq üçün "Doogee V Max Plus smartfonu IP68, IP69K" standartlarına cavab verir və həmçinin MIL-STD-810H standartının tələblərinə uyğun olaraq sertifikatlaşdırılıb ki, bu da onun ən sərt şəraitdə istifadə etmək qabiliyyətini təsdiqləyir.
Yeni məhsulu gəzinti zamanı özünüzlə götürmək və ya ekstremal idman növləri zamanı istifadə etmək olar. Smartfona həm də inşaatçılar, yanğınsöndürənlər və işi ekstremal ekoloji şəraitdə olmağı nəzərdə tutan digər peşələrin nümayəndələri arasında tələbat olacaq.
22.000 mAh batareya 33W sürətli şarjı dəstəkləyir. Cihazın texniki xüsusiyyətlərinə Wi-Fi 6 şəbəkələrinin dəstəyi, ikili dinamiklər və yan tərəfə quraşdırılmış barmaq izi skaneri daxildir.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü