Pekin və Ankara beynəlxalq ədaləti qorumalı, Fələstin probleminin ədalətli və daimi həlli üçün birgə səyləri sürətləndirməlidir.
BUTA.TV xəbər verir ki, bunu Çinin xarici işlər naziri Vanq Yi Pekində Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşündən sonra deyib.
O bildirib ki, Pekin Yaxın Şərqdə sülh və sabitliyin təmin edilməsində Ankaranın mövqeyini bölüşür:
“Çin və Türkiyə öz aralarında koordinasiyanı gücləndirməli, Fələstin məsələsinin ən qısa zamanda ədalətli və yekun həllinə nail olmaq üçün səylərini sürətləndirməlidir. İkidövlətli həll Fələstin problemini yekunlaşdırmaq üçün ən təməl yoldur. Çin və Türkiyə Fələstinin BMT-yə üzvlüyünü və Fələstin daxilində konsensusu dəstəkləyir. Çin və Türkiyənin bir çox məsələlərdə maraqlarımız kəsişir”.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü