Fransa Ukraynaya ondan az “Miraj 2000-5” çoxməqsədli qırıcı verə bilər.
BUTA.TV xəbər verir ki, bu barədə “Tribune” məlumat yayıb.
Bildirilib ki, Fransa Hərbi Hava Qüvvələrində 26 belə təyyarə var və ən azı bir eskadron (20 təyyarə) saxlamaq üçün onlar yalnız altı “Miraj”dan imtina edə bilərlər.
Bu say Ukraynaya həqiqətən kömək etmək üçün çox azdır.
Qeyd edilir ki, “Miraj” təyyarəsi 1998-ci ilin aprelində Fransa Hərbi Hava Qüvvələrinin istifadəsinə verilib. Fransa ordusu bu təyyarələrdən əsasən hava hücumundan müdafiə və hava nəzarəti missiyaları üçün istifadə edir.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü