Bakı-Quba-Rusiya avtomagistralının Şabrandan keçən hissəsində ölüm və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV Report-a istinadla xəbər verir ki, "Toyota" markalı minik avtomobili yolda hərəkətdə olan zaman "Şaqman"a çırpılıb.
Belə ki, qəza nəticəsində Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Pərvanə Quliyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Daha dörd nəfər, 2015-ci il təvəllüdlü Fidan Məmmədova, 1995-ci il təvəllüdlü Nigar Məmmədova, 2008-ci il təvəllüdlü Nərmin Quliyeva, 2013-cü il təvəllüdlü Ahu Quliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü