KTMT-də heç kim digər iştirakçıları zorla saxlamır. Bəyan ediləcək nə isə varsa, açıq və birbaşa bildirilsin.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistan Baş naziri Nikol Paşinyanın KTMT ilə bağlı açıqlamasını şərh edərkən deyib.
Zaxarova erməni siyasətçilərin bu mövzuda söhbətlərini spekulyasiya adlandırıb.
“KTMT ilə bağlı açıqlamalara diqqət yetirdim. Burada Ermənistan təşkilatdan çıxmalı olduğu və ya mütləq çıxacağı deyilir. Yadımdadır, bir müddət əvvəl indiki erməni siyasətçiləri KTMT-nin Ermənistanı tərk etdiyini bəyan etmişdilər. Aydınlaşdırmaq istərdim ki, KTMT Ermənistana qayıdıb ki, çıxa bilsin? İstədiyiniz qədər şifahi tarazlıq hərəkətləri ilə məşğul ola bilərsiniz, lakin bu, şərəfsizlik və ucuzluqdur”, - deyə Zaxarova bildirib.
Qeyd edək ki, Ermənistanın Baş naziri KTMT-də iştirakının dondurulması kontekstində bəyan edib ki, növbəti məntiqi addım İrəvanın bu blokdan çıxması olacaq.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü