Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov iki ildən artıqdır ki, öz qudalarına çalışdığı qurumda vəzifə verib.
BUTA.TV Qaynarinfo.az-a istinadən xəbər verir ki, Z.Mikayılovun özünə təyin etdiyi müşaviri, qudası Şirinov Əsəd Əli oğlu vəzifəsindən istefa verib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin müşaviri vəzifəsindən Aparat rəhbəri vəzifəsinə təyin etdiyi digər bir qudası Fuad Quliyev də təyinatı müvəqqəti olaraq dayandırılıb.
Artıq ləğv edilən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin saytından da sözügedən vəzifəli şəxslərin adları silinib.
Məsələ ilə bağlı Meliorasiya və Su Təsərrüfatı ASC-nin mətbuat xidmətinin rəhbəri Dilqəm Şərifovla əlaqə saxlasaq da, telefon zənglərimizə cavab verən olmayıb.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü