Əgər kənddə məktəb, uşaq bağçası, isti su, yaşayış şəraiti yoxdursa, insanlar niyə köçməsinlər?
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan məktəblilərlə görüşündə ölkəsində kəndlərin boşalması haqda danışarkən deyib.
“Bizim problemimiz odur ki, kənddə həyatın yoxsul yaşamaq olduğu düşünülür və ona görə də insan yaxşı yaşamaq üçün şəhərə gedir. Suvarma suyu olmayan kəndlər boşalmaya bilməz. Əgər sülh yaranarsa, kəndə böyük turist axını olacaq.
Sərhəd bölgələrində yaşayan insanlar məndən soruşurlar ki, onlar üçün də delimitasiya aparılacağına ümid varmı? Zəngəzura üç günlük səfərim siyasi yalanların ifşası baxımından böyük hadisə oldu. Delimitasiya fəlakət kimi təqdim edilir, halbuki insanlar bunu istəyir”, - o bildirib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü