Bədii gimnastika üzrə Ermənistan komandası Kazanda keçirilən BRİKS Oyunlarında turnirin baş hakiminin dəyişdirilməsi ilə əlaqədar iştirakdan imtina edib.
BUTA.TV xəbər verir ki, bunu erməni gimnast Silva Sərkisyan Match TV-yə bildirib.
Çərşənbə axşamı Sərkisyan Teleqram kanalında BRİKS Oyunlarında iştirak etməyəcəyini açıqlayıb.
"Əvvəlcə Ermənistan nümayəndəsi baş hakim təyin olundu. Sonra dəyişdilər, indi yarışın baş hakimi Azərbaycandandır. Beləliklə də Ermənistan yarışdan çıxdı. Məni təmsil etdiyim assosiasiya adından danışmağa dəvət etdilər, lakin Ermənistanın İdman Nazirliyi rəsmi məktub göndərərək BRİKS Oyunlarının 2024-cü ilin yarış təqvimində planlaşdırılmadığını bildirdi", - deyə o bəyan edib.
Xatırladaq ki, BRİKS Oyunları çərçivəsində bədii gimnastika yarışları iyunun 20-22-də keçiriləcək.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü