Yeni Azərbaycan Partiyasının (YAP) qapalı iclası keçirilib.
BUTA.TV Azpolitika-ya istinadla xəbər verir ki, iclasda növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələsi müzakirə olunub.
YAP-ın İdarə Heyəti qərara alıb ki, hakim partiyadan olan deputatlar mövcud Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etsinlər.
Bu da növbədənkənar sessiyanın son iclasında Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkiləri təyin etmək üçün Prezidentə müraciət ediləcəyini gözləməyə əsas verir.
Növbədənkənar parlament seçkilərinin isə sentyabr ayında keçirilməsi gözlənilir.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü