Yevlaxda güclü külək bir sıra fəsadlar törədib.
BUTA.TV-ın Report-a istinadən məlumatına görə, güclü külək nəticəsində bir sıra yaşayış məntəqələrində ağaclar sakinlərə məxsus fərdi yaşayış evlərinin, elektrik xətlərinin üzərinə aşaraq dam örtüklərini, elektrik xətlərini qırıb.
Həmçinin külək rayonun Aran qəsəbə 1 saylı tam orta məktəbin binasının dam örtüyünü uçurub.
Rayon ərazisində 25-30 m/saniyə surətində qərb küləyinin əsməsi, güclü yağış yağması nəticəsində elektrik təsərrüfatına ciddi ziyan dəyməsinin qarşısının alınması məqsədilə “Yevlax Elektrik Şəbəkəsi” tərəfindən bütün yaşayış məntəqələrində abonentlərin elektrik enerjisi ilə təchizatı dayandırılıb.
Hazırda Yevlax Şəhər İcra Hakimiyyəti və Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən dəyən ziyanın miqyasının müəyyən edilməsi üçün müvafiq işlər aparılır.
Rayonun Fövqəladə Hallar Komissiyası sakinlərə küləkli havada mümkün qədər evdən bayıra çıxmamağı tövsiyə edib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü