Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyul ayında bir neçə xarici səfərdə olacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Bildirilib ki, Ərdoğan 3-4 iyul tarixlərində Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcək. Ərdoğanın burada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyi ehtimal olunur.
Astanadan sonra Ərdoğan 5-6 iyul tarixlərində Azərbaycana gələcək. Türkiyə Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək, Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək sammitinə qatılacaq.
Daha sonra Türkiyə prezidenti 9-11 iyul tarixlərində NATO liderlərinin sammitinə qatılmaq üçün Vaşinqtona yola düşəcək. Ərdoğan burada ABŞ Prezidenti Co Bayden başda olmaqla NATO liderləri ilə görüşəcək.
Vaşinqtondan qayıtdıqdan sonra Ərdoğan Kipr Sülh Hərəkatının 50 illiyi münasibətilə keçirilən tədbirlərə qatılmaq üçün Şimali Kiprə səfər edəcək. Ərdoğan hətta Şimali Kiprdəki tədbirlərə CHP sədri Özgür Özəli də dəvət edib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü