19:37
Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ikinci turunda üz-üzə gələcək Türkiyə və Portuqaliya yığmalarının start heyətləri açıqlanıb.
BUTA.TV UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandalar Bakı vaxtı ilə saat 20:00-da başlayacaq matça aşağıdakı heyətlərlə çıxacaqlar:
Türkiyə: Altay Bayandır, Kaan Ayhan, Samet Akaydın, Abdulkərim Bardakcı, Fərdi Kadıoğlu, Yunus, Orkun Kökçü, Hakan Çalhanoğlu, Kərəm Aktürkoğlu, Barış Alpər Yılmaz, Zəki Çelik.
Portuqaliya: Dioqo Koşta, Kanselo, Pepe, Ruben Diaş, Nuno Mendeş, Bruno Fernandeş, Bernardo Silva, Palinya, Vitinya, Kristiano Ronaldo, Joao Feliks.
Xatırladaq ki, hər iki komanda qrup mərhələsinin birinci turunda qələbə qazanıblar. Türkiyə millisi Gürcüstanı (3:1), Portuqaliya seçməsi isə Çexiyanı (2:1) məğlub edib.
***
Türkiyə - Portuqaliya qarşılaşması start götürdü.
***
Bruno Fernandeş 21-ci dəqiqədə hesabı açdı: 0-1.
**
Samet Akaydın 29-cu dəqiqədə avtoqol müəllifi oldu: 0-2.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü