Çimərlik mövsümünün başlanması ilə dənizə üz tutanların sayı artıb.
BUTA.TV-ın Xəzər Xəbər-ə istinadən məlumatına görə, Xəzər dənizindəki boğulmaların hamısı nəzarət edilməyən ərazilərdə baş verib.
Qeyd edilib ki, bölgələrdə, xüsusən də nəzarətsiz, qeyri-çimərlik ərazilərdə boğulma riski daha çoxdur.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin şöbə rəisi Aqşin Əlilinin sözlərinə görə, çimmək üçün riskli hesab edilən ərazilərdə sualtı axınlar normadan artıq olur.
Şöbə rəisi sualtı təhlükələrin çox olduğu əraziləri də açıqlayıb.
O qeyd edib ki, Sabunçu rayonu, Şüvəlan, Bilgəh, Nardaran, Novxanı və Goradil qəsəbələrində yerləşən nəzarətsiz çimərliklər təhlükəli ərazi kimi qeydə alınıb və burada baş verən boğulma hadisələrinin sayı çoxdur.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü