Gəncə şəhər sakinləri M.Namazov, E Zeynalov və N.Kazımov yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, onların mübahisə nəticəsində başqa bir şəxsin içərisində benzin olan plastik qabı yandıraraq üzərlərinə atılması nəticəsində xəsarət alıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, araşdırmalar zamanı məlum olub ki, iyunun 29-da gecə saat bir radələrində Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Pərviz Kazımov münaqişə zəminində içərisində benzin olan plastik qabı yandıraraq həmyerlisi, 1997-ci il təvəllüdü Muraz Namazovun üzərinə atıb.
Hadisə nəticəsində M.Namazov, tanışları, 1993-cü il təvəllüdü Eltəkin Zeynalov və 2004-cü il təvəllüdlü Niyaməddin Kazımov müxtəlif yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalar davam etdirilir.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü