Vidadi Məmmədov Ədliyyə Nazirliyinin İcra xidmətinin rəisi vəzifəsinə təyin edilib.
BUTA.TV Report-a istinadla xəbər verir ki, ədliyyə naziri Fərid Əhmədov bununla bağlı əmr imzalayıb.
Qeyd edək ki, Vidadi Məmmədov 1974-cü ildə anadan olub. 1997-ci ildə Türkiyə Respublikası Dokuz Eylül Universitetini hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2004-cü ildə Azərbaycan Universitetini hüquqşünaslıq ixtisası üzrə magistr dərəcələri ilə bitirib.
Əmək fəaliyyətinə 1998-ci ildə Şəki Mərkəzi Rayon Xəstəxanasının Birləşmiş uşaq xəstəxanasında hüquqşünas kimi başlayan Vidadi Məmmədov 2001-2003-cü illərdə Ədliyyə Nazirliyinin İcra xidmətində, 2003-2007-ci illərdə isə Qeydiyyat və notariat baş idarəsində müxtəlif vəzifələrdə fəaliyyət göstərib.
O, 2007-ci ildən Bakı şəhər Nizami rayon məhkəməsində hakim, 2010-cu ildən 2022-ci ilədək isə Bakı Apellyasiya Məhkəməsində hakim və İnzibati-İqtisadi Kollegiyanın sədri vəzifələrində işləyib.
Vidadi Məmmədov 2022-ci ildən bu vəzifəyə təyin olunanadək Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2023-cü il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü