Kiyev öz mövqeyini yaxşılaşdırmaq üçün atəşkəsdən istifadə edə bilməz.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
O bildirib ki, Ukrayna ilə sülh danışıqları başlayana qədər təmas xəttində atəşkəs mümkün deyil:
“İndi qarşı tərəfin müsbət addım atacağını ümid edərək atəşkəs qərarı verə bilmərik. İmkan verə bilmərik ki, düşmən öz mövqelərini yaxşılaşdırmaq, yenidən silahlanmaq, məcburi səfərbərlik yolu ilə ordusunu tamamlamaq və silahlı münaqişəni davam etdirməyə hazır olmaq üçün atəşkəsdən yararlansın”.
Putin Ukrayna ilə danışıqlardan heç vaxt imtina etmədiyini vurğulayıb:
“Biz həmişə danışıqların tərəfdarı olmuşuq. Siz bunu yaxşı bilirsiniz. Ancaq təkcə vasitəçilərin köməyi ilə münaqişəyə son qoymaq mənə çətin görünür. Ona görə ki, vasitəçinin yekun sənədi imzalamaq səlahiyyəti çox azdır”.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü