“Halal otel” konsepti dünyada uzun müddətdir var. Azərbaycanda bu, tendensiya olaraq yeni olsa da, ümumilikdə az sayda otel bir müddətdir halal konsept ilə xidmət göstərir.
Bu sözləri BUTA.TV-a turizm eksperti Əziz Şiriyev Azərbaycanda "halal otel" sertifikatının veriləcəyi ilə bağlı xəbərə münasibət bildirərkən deyib.
O qeyd edib ki, belə otellərin daimi müştəriləri də az deyil:
“Həmin otellərə başqa konseptləri sevməyən qonaqlar gəlir. Bu, ailəvi olaraq dindar olanlar, yaxud halallığa daha çox önəm verən kəslərdir. Bu tip otellərdə ekstra qonaqların, başqa xanımların məkana daxil olmasına imkan verilmir, menyu belə halal qidalardan tərtib edilir, donuz əti, spirtli içki kimi dində haram buyrulan məqamlara diqqət yetirilir. Elə otellər var - bura dənizkənarı, yaxud şəhər otelləri də daxildir - hovuza, dənizə belə bəylər ayrı, xanımlar ayrı gedir. Hazırda buna tələbat olduğu üçün dünyada da “halal otel” konsepti artmaqdadır. Bu, turistlərin istəyinə uyğun qurulmuş ailə konseptidir. Unutmaq olmaz ki, hər bir konseptin öz müştərisi var. Bunu bəyənənlər isə əsasən ərəb ölkələrindən gələn turistlərdir”.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü