Sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan qızlar arasında mübahisəni əks etdirən görüntülər yayılıb.
Videoda yeniyetmə qızların həmcinsləri tərəfindən döyülməsi və təhqir olunması əks olunub. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Qurumdan bildirilib ki, sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan qızlar arasında mübahisəni əks etdirən görüntülər polis əməkdaşları tərəfindən araşdırılır:
"Görüntüdə əks olunan yeniyetmələrin şəxsiyyəti müəyyən olunaraq valideynləri və vəkilləri ilə birlikdə polis orqanına dəvət olunublar.
Araşdırmanın nəticəsindən asılı olaraq onların əməlinə hüquqi qiymət veriləcək".
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü