İranın 9-cu prezidenti Məsud Pezeşkianın Təbriz, Tufarqan (Azərşəhr) və Üskü şəhərlərinin millət vəkilliyindən istefası iyulun 31-də parlamentin açıq iclasında müzakirə olunacaq.
BUTA.TV xəbər verir ki, bu barədə parlamentin idarə heyətinin üzvü Müctəba Yusifi bildirib.
O, Məsud Pezeşkianın prezident seçildiyi üçün parlamet üzvü kimi qalmasının ölkə konstitusiyasına zidd olduğunu deyib.
Qeyd edək ki, Məsud Pezeşkian iyulun 5-də İranda keçirilən prezident seçkilərinin ikinci turunda 16,384 milyon (53,6%) səs toplayaraq, İranın 9-cu prezidenti seçilib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü