ABŞ-ın Ermənistana yardımı təmənnasız deyil. İrəvandakı indiki hakimiyyət də olmasa, sonrakı hökumətlər Vaşinqtonun verdiyi hər senti qaytarmalı olacaqlar.
BUTA.TV Oxu.Az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ənənəvi brifinq zamanı Nyus.ru-nun sualını cavablandırarkən bildirib.
XİN rəsmisi Ermənistanın ABŞ ilə strateji tərəfdaşlıq qurmasının yanlış addım olduğunu vurğulayıb.
Zaxarovanın sözlərinə görə, ABŞ heç bir ölkəyə təmənnasız yardım etmir. Bunun müqabilində həmin dövlətlərin ərazisini və resurslarını onların maraqlarını nəzərə almadan öz məqsədləri üçün istifadə edir.
"ABŞ verdiyi hər sentlə yanaşı, artıq həm də vəd etdiyi hər sentin hesabını soruşur", - deyə o qeyd edib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü