Alimlər Ayda mağara tapıblar və onlar nə vaxtsa astronavtların orada yaşayacağına ümid edirlər.
BUTA.TV xəbər verir ki, bu barədə İtaliya alimləri açıqlama yayıb.
Mağaranı İtaliyanın Trento Universitetinin alimləri Lorenzo Bruzzone və Leonard Karrer “Sakitlik dənizi” adlanan məşhur Ay bölgəsinin şəkillərini araşdırarkən aşkar ediblər.
Elm adamları qeyd edib ki, bu mağara nəzəri cəhətdən Yerin peykində yaşayış məqsədilə əlverişli baza yaratmaq üçün ideal yer ola bilər.
İtalyan alimlərin radardan istifadə edərək tapdıqları mağaranın dərinliyi ən azı 100 metrdir. Bununla belə, tədqiqatçılar bunun Ayın hələ araşdırılmamış yeraltı dünyasında gizlənən yüzlərlə oxşar mağaradan yalnız biri olduğunu düşünürlər.
Alimlər hesab edirlər ki, mağara milyonlarla, hətta milyardlarla il əvvəl, Ayda isti lava hərəkət edərkən yaranıb.
“Bizim səthin çox yaxşı fotoşəkilləri var. Biz “Apollon” missiyasının hara eniş etdiyini görə bilirik, lakin səthin altında nəyin olduğu barədə heç nə bilmirik. Burada kəşf üçün böyük imkanlar var”, - Avropa Kosmik Agentliyindən Françesko Sauro bildirib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü