Liberiya bayrağı altında üzən CHİOS LİON tankeri Qırmızı dənizdə husilərin hücumuna məruz qalıb.
BUTA.TV xəbər verir ki, bununla bağlı Teleqram kanallarında məlumat paylaşılıb.
Məlumatda hücumun pilotsuz dəniz aparatı vasitəsi ilə həyata keçirildiyi qeyd olunub.
Qırmızı dəniz və Ədən körfəzi Birgə Dəniz Məlumat Mərkəzi (JMIC) isə hadisədən sonra dəymiş ziyanın qiymətləndirildiyini və mümkün neft sızmasının araşdırıldığını, ekipajın sağ olduğunu bildirib.
ABŞ ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) da faktı təsdiq edib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü