Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin-şəhidlərin dəfn mərasimlərinə dair məlumat yayıb.
Dövlət Komissiyasından BUTA.TV-a bildirilib ki, iyulun 18-də Aydın Əsədulla oğlu Qurbanov paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Şəhidlər xiyabanında, Yaşar Ələkbər oğlu Kərimov Neftçala rayonunun Qaramanlı kəndində, Zahid Baxış oğlu Nağıyev Ağdam rayonunun Evoğlu kəndində, Akif İlyas oğlu Abbasov Gəncə şəhərindəki Şəhidlər xiyabanında dəfn ediləcək.
İyulun 19-da isə Rəhim Əlyar oğlu Rəsulov Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında, İbrahim Ələşrəf oğlu Vəliyev İmişli rayonundakı Şəhidlər xiyabanında, Bəxtiyar Əliş oğlu Hümbətov Yevlax şəhərindəki Şəhidlər xiyabanında dəfn olunacaq.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü