Antioksidant əlavələrin (C, E vitaminləri və beta-karotin) qəbulu yaşla bağlı quru makula degenerasiyasının gedişatını yavaşladır.
BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, bunu ABŞ-nin Milli Göz İnstitutunun Epidemiologiya və Klinik Tətbiqlər Bölməsinin alimləri müəyyən ediblər.
Bildirilib ki, bu xəstəlik yaşlı insanlarda mərkəzi görmə itkisinin əsas səbəbidir.
Adıçəkilən xəstəliyin inkişafını yavaşladan amilləri müəyyən etmək üçün tədqiqatçılar 1 209 xəstənin tor qişasının şəkillərini təhlil ediblər. Onlar əlavə olaraq gözlərdə coğrafi atrofiya sahələrinin yerini və yayılma sürətini hesablayıblar. Sonda bu məlumatlar iştirakçıların həyat tərzi vərdişləri ilə müqayisə edilib.
Nəticələr göstərib ki, antioksidant qida əlavələri (beta-karoten, C və E vitaminləri) orta və gec mərhələdəki makula degenerasiyasının inkişafına mane ola bilir.
Orta hesabla, üç il ərzində əlavələrin qəbulu xəstəliyin inkişaf sürətini 55% azaldır.
Əlavə tədqiqatlar beta-karotenin lutein və zeaksantin antioksidantları ilə əvəz edilməsinin qoruyucu effekti artırdığını göstərib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü