ABŞ Dövlət katibi Entoni Blinken ölkəsinin gələcəkdə Ukraynaya yardım göstərməkdən imtina edə biləcəyini etiraf edib.
BUTA.TV xəbər verir ki, bu barədə o, Aspen İnstitutunun illik təhlükəsizlik forumunda çıxış edərkən deyib.
“Əlbəttə ki, hər bir administrasiyanın özünün siyasətini təyin etmək imkanı var, biz gələcəyə zəmanət verə bilmərik”, - deyə Blinken müvafiq suala cavabında bildirib.
Eyni zamanda, Blinken ABŞ və Ukrayna arasında bu yaxınlarda imzalanmış təhlükəsizlik sazişini xatırladıb:
"Əgər biz bundan imtina etsək... Etiraf edirəm ki, mümkündür. Amma xoşbəxtlikdən, daha 20-dən çox ölkə (Kiyevlə analoji müqavilələr bağlayan Qərb ölkələri) var”.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü