Çox çətin oyun oldu. Hansı komanda ilə qarşılaşdığımızı bildirdik. "Qarabağ" həddindən artıq güclü idi. Sonadək döyüşdük, lakin alınmadı.
BUTA.TV xəbər verir ki, bu sözləri Cəbəllütariqin “Linkoln” komandasının baş məşqçisi Xavyer Munyos UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda səfərdə “Qarabağ”a 0:5 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, "Qarabağ"ın böyük komanda olduğunu bildirib:
"Heyətləri çox güclüdür. Əla baş məşqçiləri var. "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmağa əsas namizədlərdəndir. Qarşıdakı oyunlar var. Ağdam təmsilçisinə uğurlar arzulayıram".
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü