İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS 956:2024 “Toyuq əti (toyuq cəmdəyi, cücələr, broyler cücələri və onların hissələri). Texniki şərtlər” yeni dövlət standartı qəbul edilib.
AZSTAND-dan BUTA.TV-a bildirilib ki, yeni dövlət standartı ölkə ərazisində quşçuluq sahəsində meydana çıxan çatışmazlıqların aradan qaldırılması, məhsulun istehsal keyfiyyətinin yüksəldilməsi məqsədilə qəbul edilib. Sözügedən dövlət standartı “Heyvandarlıq, quşçuluq, arıçılıq, baramaçılıq və yemçilik sahəsi”nin standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 24) tərəfindən müzakirəyə çıxarılıb və institut tərəfindən qəbul edilərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü