Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun Tehrandan birbaşa reyslə Bakıya gəlməsi ABŞ, İsrail və İran arasında dərinləşən gərginliklə bağlı ola bilər.
Bu sözləri BUTA.TV-a politoloq Rasim Musabəyov deyib.
O bildirib ki, regionda yaranmış gərginlik fonunda Rusiya və Azərbaycan arasında müzakirələrin aparılması zəruridir:
“Bu gərginlik genişmiqyaslı əməliyyata çevrilməsə belə, raket, təyyarələr vasitəsilə endirilən zərbələrlə nəticələnə bilər. Rusiya İranın bir müttəfiqi kimi çıxış edir. Azərbaycanın isə İsrail ilə özəl münasibətləri var. Həmçinin bizim Rusiya ilə də strateji müttəfiqliklə bağlı sənədimiz mövcuddur. Yəni bu sənəd çərçivəsində Azərbaycan və Rusiya birlikdə müzakirələr aparmalı, təhlükəli məqamları gözə almalıdırlar. Rusiyanın yaranmış bu vəziyyətlə bağlı Azərbaycanla hansısa mövqeyi, təhlükələri bölüşməsi zəruridir. Biz Rusiya ilə strateji dialoqu daim aparırıq. Hazırkı gərgin vəziyyətdə isə belə bir dialoqun aparılması faydalıdır”.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü