Kosovanın şimalında yaşayan serblər etiraz aksiyası keçiriblər.
BUTA.TV xəbər verir ki, Mitrovitsa şəhərində baş tutan aksiyada təxminən 700 nəfər iştirak edib. Serblər özlərini təhlükəsiz hiss etmədiklərini, şəhəri iki hissəyə ayıran İbre çayı üzərindəki körpünün nəqliyyat vasitələrinin hərəkəti üçün açılmasını istəmədiklərini bildiriblər.
Nümayişçilər Serbiyanın lehinə və Kosovanın əleyhinə şüarlar səsləndiriblər. Kosova polisi və NATO-nun bu ölkədəki Sülhməramlı Qüvvələri (KFOR) ərazidə təhlükəsizlik tədbirlərini gücləndirib. Aksiya insidentsiz başa çatıb.
Qeyd edək ki, Kosovanın şimalında serblərin çoxluq təşkil etdiyi dörd bələdiyyədə Serbiyaya məxsus bankın altı filialı və “Posta Srbije” milli poçt xidmətinin isə doqquz şöbəsi bağlanıb.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü