Miçiqan Universitetinin arxeoloqları Türkiyənin qərbində yerləşən qədim Yunanıstanın Notion şəhərində qızıl sikkə dəfinəsi aşkar ediblər. Komanda eramızdan əvvəl III əsrə aid evin həyətində qazıntı apararkən xəzinəyə rast gəlib.
Kult.az xəbər verir ki, evdən daha qədim olan xəzinənin e.ə V əsrə aid olduğu ehtimal edilir. Hər bir sikkədə diz çökən oxatan təsvir olunub və ekspertlər cüzi stilistik fərqləri xronoloji ardıcıllıqla sıralamaq üçün onları təhlil etməyə çalışırlar.
“Sikkələr köhnə binanın küncündə basdırılmışdı", - deyə “The New York Times” qəzeti Miçiqan Universitetinin arxeoloqu və Notion arxeoloji xidmətinin direktoru Kristofer Rattedən sitat gətirib. – Əslində biz qızıl küpünü axtarmırdıq."
Sikkələr, ehtimal ki, Notiondan 60 mil şimal-şərqdə yerləşən Sardis şəhərində zərb edilmiş fars pul vahidi darik kimi tanınır. Onlar çox vaxt əsgərlərə maaş vermək üçün istifadə olunurdu və tədqiqatçıların fikrincə, bir darik bir aylıq maaşa bərabər idi.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü