ABŞ-a Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücumu ilə bağlı öncədən məlumat verilməyib.
BUTA.TV xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.
"Bizim bundan xəbərimiz yox idi. Lakin Ukraynanın hücumu həyata keçirməzdən əvvəl konkret taktikalarını bizə deməməsi qeyri-adi bir şey deyil. Bu, onların apardıqları müharibədir. Biz onları avadanlıqla təmin edirik. Biz onlara məsləhətlər veririk", - M.Miller vurğulayıb.
Qeyd edək ki, Ukrayna ordusu ötən gündən Kursk vilayətinə hücum edib və 11 yaşayış məntəqəsinə nəzarəti ələ keçirib. Hazırda şiddətli döyüşlərin davam etdiyi bildirilir.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü