Rusiya Federasiyasının Yeni Regionların İnteqrasiyası üzrə Koordinasiya Şurasının həmsədri Vladimir Roqov Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Rustem Umerova qarşı sui-qəsd cəhdi barədə məlumat yayıb.
BUTA.TV Rusiya mediasına istinadla xəbər verir ki, o, bu barədə özünün Teleqram kanalında yazıb.
“Kiyevdə onun yanında partlayıcı qurğu işə salınıb, naziri təcili yardım maşını ilə aparıblar. Xəstənin vəziyyəti hələlik məlum deyil”, - Roqov qeyd edib.
Məlumat hələ ki, rəsmi təsdiqini tapmayıb.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü