Kirantsdan sonra demarkasiya prosesinin aparılacağı Bağanıs kəndi istiqamətində də itkilərimiz olacaq.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bu fikirləri erməni jurnalist Oskan Sərkisyan deyib.
“Kirants tərəfdə demarkasiya aparıldı, sərhəd xətti çəkildi. Proses zamanı orada ərazi itkiləri yaşadıq. İndi Bağanısda da eyni şey olacaq. Azərbaycana təhvil verildikdən sonra kəndin sərhədinə tikanlı məftillər çəkdilər. Lakin bu, hələ əsas sərhəd xətti deyil. Kirantsda olduğu kimi, burada da sərhəd dəqiq müəyyənləşəcək. Demarkasiyadan sonra isə həmin istiqamətdə yerləşən Ermənistan sərhədçilərinin mövqelərinə gediş-gəliş çətinləşəcək”, – O.Sərkisyan bildirib.
Qeyd edək ki, Oskan Sərkisyanın “ərazi itkisi” kimi təqdim etdiyi yerlər beynəlxalq hüquqa görə Azərbaycan torpaqlarıdır. Ermənistan hələ də Qazaxın 3 anklav kəndini və Kərkini işğalda saxlayır.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü