Qəbələdə iş yoldaşının bank kartından oğurluq edən şəxs saxlanılıb.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, Qəbələ Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini bank kartında olan 2866 manat pulunun naməlum şəxs tərəfindən oğurlanması barədə məlumat verib.
Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 26 yaşlı Fəqan Həşimov saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, o, zərərçəkmişin kartında olan maddi vəsaiti bir neçə dəfəyə ələ keçirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü