Vladimir Putin Kursk bölgəsindəki vəziyyətdən bu qədər narahat olursa, Ukraynaya qarşı müharibəni dayandıra bilər.
BUTA.TV xəbər verir ki, bu sözləri ABŞ-ın Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
Kirbi bildirib ki, Ukrayna ordusunun Kursk bölgəsinə hücumunun guya Qərb tərəfindən koordinasiya edildiyinə dair Rusiya rəsmilərinin son açıqlamaları “Putin təbliğatı”dır:
“Ukraynada döyüşən yeganə insanlar ruslardır. Ukraynanı işğal edən onlardır və Ukrayna özünü təcavüzdən qoruyur. Bu, Putinin Ukraynaya qarşı müharibəsidir. Və əgər nədənsə narahatdırsa, nəsə onu qane etmirsə, o zaman çox sadə həll yolu var: qoy Ukraynanı tərk edib müharibəni dayandırsın”.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü