Rəqqasə Rəna Ağamuradovanın (Renka) sifariş etdiyi taksidə çətin anlar yaşaması ilə bağlı paylaşdığı videoya "Uber" taksi şirkəti reaksiya verib. BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, şirkət sürücünün bu cür davranışının yolverilməz olduğunu və xidmət standartlarına uyğun gəlmədiyini açıqlayıb. "Dəstək xidməti artıq operativ şəkildə sərnişinlə əlaqə saxlayıb və partnyor servisin sürücüsünün sifarişlərə daxil olmasını əngəlləyib", - deyə şirkətin açıqlamasında qeyd olunub.
Qeyd edək ki, ötən gün rəqqasə Renka "Uber" taksi sürücüsünün bütün yolboyu telefonda qışqırıb söyüş söyməsindən və sonda ondan üzr istəməməsindən gileylənən paylaşım etmişdi.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü