Livanın bütün ərazisində elektrik enerjisi kəsilib.
BUTA.TV xəbər verir ki, bu barədə ölkənin elektrik enerjisi istehsalı, ötürülməsi və paylanmasının 90 faizinə nəzarət edən “Electricite du Liban” enerji şirkəti məlumat yayıb.
Dövlət şirkəti qeyd edib ki, ölkəni enerji ilə təmin edən sonuncu Az-Zəhrani elektrik stansiyasının yanacaq ehtiyatı tükəndiyi üçün tamamilə işini dayandırıb. Bununla da Livanın bütün ərazisi işıqsız qalıb.
Məlumata görə, hazırda ölkənin bütün əsas infrastruktur obyektləri, o cümlədən beynəlxalq aeroportu və dəniz limanı enerjisiz qalıb.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü