Sabah Lerik rayonunun 42 kəndində qazın verilişi dayandırılacaq.
BUTA.TV xəbər verir ki, Lerik şəhəri E.Qarayev küçəsində yerləşən şəhid atası Tahir Xanış oğlu Mövlanova məxsus torpaq sahəsindən keçən orta təzyiqli yeraltı və yerüstü qaz kəmərlərinin yerinin dəyişdirilməsindən ötrü Cəngəmiran kəndi istiqamətində 42 kənd olmaqla, ümumilikdə 2 800 abonentin qaz təchizatının sabah saat 10-00-dan işlər yekunlaşanadək dayandırılması planlaşdırılır.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək sizdən xahiş edilir.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü