Sabah Avropa Liqasında Liqa mərhələsinin püşkatma mərasimi keçiriləcək.
BUTA.TV xəbər verir ki, püşkatma zamanı Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibləri müəyyənləşəcək.
Ağdam klubu 2-ci və ya 3-cü səbətdə yer alacaq. Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Avropa Liqasının bütün 36 iştirakçısının adına bu gün keçiriləcək pley-off mərhələsinin cavab oyunlarından sonra aydınlıq gələcək. Hazırda turnirdə iştirak edəcək 24 komanda dəqiqləşib.
Qeyd edək ki, Avroliqada Liqa mərhələsinin oyunlarının təqvimi avqustun 31-də açıqlanacaq.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü