Gürcüstan Müdafiə Nazirliyinin özünün qan bankı olacaq və “İnsan qanının və onun komponentlərinin keyfiyyəti və təhlükəsizliyi haqqında” qanuna müvafiq dəyişikliklər ediləcək.
BUTA.TV-ın Report-a istinadən məlumatına görə, bu barədə icra hakimiyyətinin parlamentə təqdim etdiyi 2024-cü il üçün fəaliyyət planında deyilir.
Məlumata görə, Gürcüstanda qanın toplanması, emalı, yoxlanılması, saxlanması və paylanmasına cavabdeh olan üç qan müəssisəsi yaradılacaq.
“Qanun çərçivəsində özəl qan bankları iyuldan etibarən Gürcüstan hökuməti tərəfindən yaradılacaq mərkəzi qan institutu ilə əvəz olunacaq. 01.01.2025-ci il tarixindən etibarən Gürcüstanda pul təzminatı müqabilində qan vermək qadağan ediləcək”, - deyə məlumatda bildirilir.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü