Azərbaycanla-Serbiya arasında yaxın dövrdə birbaşa aviareyslərin açılması nəzərdə tutulur.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri Marko Curiçlə birgə keçirilən mətbuat konfransında deyib.
“2023-cü ilin noyabrından etibarən iki ölkə vətəndaşları bir-birinin ərazisinə vizasız səyahət imkanı əldə ediblər. Birbaşa aviareyslərin açılması əlaqələri genişləndirə bilər. Aidiyyəti qurumlarla danışıqlar bu sahədə davam edir. Yaxın zamanda nəticələrin şahidi olacağıq”, - o qeyd edib.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü