Gürcüstan 2008-ci ildə keçmiş prezident Mixail Saakaşvili və onun Vahid Milli Hərəkat Partiyası tərəfindən törədilmiş hərbi münaqişəyə görə osetinlərdən üzr istəməyə güc tapacaq.
BUTA.TV RİA-ya istinadla xəbər verir ki, bu sözləri hakim Gürcü Arzusu Partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili deyib.
Onun sözlərinə görə, xristian inancının əsasını bağışlamaq təşkil edir və buna görə də qarşıdurmanın tarixi bağışlanma və səmimi barışıqla başa çatacağına əmindir.
İvanişvili onu da bir daha bəyan edib ki, hakim partiya parlament seçkilərində qalib gələrsə, 2008-ci ildə hərbi əməliyyatların təşkilinə görə məsuliyyət daşıyanların hamısı məsuliyyətə cəlb olunacaq.
Bundan əvvəl hakim partiyanın nümayəndələri dəfələrlə seçkilərin nəticələrinə görə parlamentdə Konstitusiya çoxluğunu qazanacaqları təqdirdə Cənubi Osetiya və Abxaziyanı ölkəyə qaytaracaqlarına və Saakaşvilinin Vahid Milli Hərəkat Partiyasını Konstitusiyaya zidd elan edəcəklərinə söz veriblər.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü