Məncə, dəhlizlə bağlı razılaşmalar olub və buna görə də Əliyev Ermənistandan keçən dəhliz məsələsini rusların “cibinə atıb”. Azərbaycan məsələni tamamilə başqa müstəviyə keçirib, orada isə Ermənistan yenə nəyisə itirə bilər.
BUTA.TV xəbər verir ki, bu sözləri erməni siyasi strateq Karen Köçəryan deyib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin Rusiyaya qarşı ritorikasının dəyişməsi onların qorxuları ilə bağlıdır və buna görə də hakimiyyət Kazana səfərə (BRİKS konfransına Nikol Paşinyanın gedəcəyi haqda rəsmi açıqlama verilib - red.) razılaşıb:
“Amma onların qorxuları bununla bitmədi. İndi onlar müxtəlif vədlər verən Qərbdən çıxış edirlər. Ermənistandakı vəziyyət, təəssüf ki, çoxdan xarici oyunçulardan asılıdır. Ermənistan o qədər “suverendir” ki, təkbaşına heç nə edə bilməz”.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü