İsrail hərbi səylərinin “ağırlıq mərkəzini” şimala, Livanla sərhədə keçirir və müharibənin yeni mərhələsi başlayır.
BUTA.TV xəbər verir ki, bu barədə İsrail müdafiə naziri Yoav Qallant bildirib.
"Ağırlıq mərkəzi şimala doğru dəyişir. Qüvvələri, resursları və enerjini şimala ötürürük. Düşünürəm ki, biz bu müharibənin yeni mərhələsinin başlanğıcındayıq və buna uyğunlaşmalıyıq”, – Qallant vurğulayıb.
O qeyd edib ki, şimal istiqamətində hərbi əməliyyatların məqsədi şimaldakı yaşayış məntəqələrinin sakinlərinin təhlükəsiz şəkildə öz evlərinə qayıtmasını təmin etməkdir.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü