Ukraynada sülhün əldə edilməsi paradoksal olaraq Kiyevə verilən silahların miqdarından asılıdır.
BUTA.TV xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq postunu tərk etməsi ilə bağlı vida nitqində deyib.
Stoltenberq sülh danışıqlarının Rusiyanın iştirakı ilə aparılmalı olduğunu vurğulayıb və Ukraynanın alyansa üzv olacağına əminliyini bildirib:
“Hərbi güc dialoq üçün zəruri şərtdir. Nə qədər çətin olsa da, qonşularımızla danışmalıyıq. Lakin dialoq yalnız güclü müdafiə ilə dəstəklənəndə işləyir. Bu, Ukraynanın timsalında aydın görünür. Ukraynaya daha çox silah verməklə Putinə istədiyini zorla əldə edə bilməyəcəyini başa sala bilərik. O, Ukraynanın suveren ölkə kimi yaşamaq üçün suveren demokratik hüququnun olduğunu qəbul etməli olacaq”.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü