Azərbaycan yeni nəsil pilotsuz uçuş aparatları (PUA) istehsal edib.
BUTA.TV APA-ya istinadla xəbər verir ki, PUA-lar Bakıda keçirilən “ADEX-2024” Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində ilk dəfə nümayiş etdirilir.
Sərgidə nümayiş olunan PUA-lar arasında “DT-001”, “DT-101 VTOL”, “F-1500”, “F-5000E”, “AD-G4”, “MT-100” yeni nəsil avadanlıqları qeyd etmək olar.
Sərgidə qeyd olunub ki, istehsalın 90%-i yerli texnologiyalar hesabına həyata keçirilib.
Yerli istehsalçı şirkətin nümayəndəsi Anar İsgəndərov bildirib ki, PUA-ların istehsalı bir neçə mərhələdə həyata keçirilir: “Həmin qurğuların layihələndiriliməsi, aerodinamik xüsusiyyətlərinin formalaşdırılması üzrə proseslər yerli mütəxəsislər tərəfindən icra olunur. Daha sonra bu avadanlıqlar sınaq mərhələsindən keçir. Yeni texnologiyar sayəsində istər kəşfiyyatçı, istərsə də zərbə PUA-ları kompleks şəkildə Azərbaycanda istehsal olunur”.
O, həmçinin qeyd edib ki, Azərbaycanın istehsal etdiyi PUA-lara beynəlxalq aləmdə böyük maraq var: “44 günlük Vətən müharibəsindən sonra PUA-ların döyüş əməliyyatlarında istifadəsinə böyük maraq yaranıb. Bu istiqamətdə əsas strategiya Azərbaycanın PUA ixracı potensialının artırılmasıdır. Bu sərgidən də görünür ki, əksər ölkələrin Azərbaycandan PUA-ların idxalına böyük marağı var”.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü