Dünyada ilk mobil telefonun 1973-cü ildə ABŞ-da “Motorola” şirkəti tərəfindən deyil, 50-ci illərdə SSRİ-də yaradılıb.
Kult.az xəbər verir ki, dünyada mobil telefonun ilk yaradıcısı sovet radiomühəndisi Leonid Kupriyanoviç hesab olunur.
Kupriyanoviç 1957-ci ilin aprelin 9-da ilk dəfə LK-1 lampa ötürücülü portativ mobil telefonun yaratdığını elan edir.
3 kq çəkisi olan ilk mobil telefonun əhatə dairəsi 20-30 kilometr olub. Telefon batareyası dəyişilmədən 30 saatadək işləyə bilirdi.
1958-ci ildə mühəndis təkmilləşdirmə apararaq 500 qramlıq LK-2, 1961-ci ildə isə 70 qramlıq LK-3 mobil telefonunu yaradır.
Qeyd edək ki, “Motorola”dan 16 il əvvəl mobil telefonu yaratmasına baxmayaraq, Kupriyanoviçin bu ixtirası hətta SSRİ-də belə tanınmadı. Bunun səbəbləri isə məlum deyil.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü