2024-cü il üçün hazırlıq planına uyğun olaraq, komandir heyəti və onların müavinləri ilə mühəndis hazırlığı üzrə praktiki nümayiş məşğələsi keçirilib.
Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, məşğələdə hərbi qulluqçulara istehkam qurğuları, mühəndis maneələri sistemi, müasir mühəndis texnikaları və silahlandırma vasitələri haqqında məlumat verilib.
Həmçinin məşğələdə MEMAT mexaniki minatəmizləmə texnikası ilə ərazilərin mina və partlamamış sursatlardan təmizlənməsi, partlamayan mühəndis maneələrindən keçidlərin açılması, ponton-körpü salmaqla maneələrin keçilməsi üzrə fəaliyyətlər də nümayiş olunub.
Məşğələnin keçirilməsində əsas məqsəd hərbi qulluqçuların mühəndis maneələrinin qurulması və dəf edilməsi üzrə bacarıqlarının təkmilləşdirilməsi, eləcə də mühəndis hazırlığı üzrə biliklərinin təkmilləşdirilməsidir.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü