Lerik rayonunda şadlıq saraylarından birində keçirilən toy mərasimində silahlı şəxs insident yaradıb.
DİN-in Mətbuat Xidmətindən BUTA.TV-a verilən məlumata görə, noyabrın 3-də əvvəllər Cinayət Məcəlləsinin müxəlif maddələri ilə dəfələrlə məhkum olunmuş, 1971-ci il təvəllüdlü Şaiq Ağayev saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərib. Görülən tədbirlərlə silahlı şəxs xidməti tabel silahı tətbiq olunmaqla zərərsizləşdirilib. Bir polis əməkdaşı yaralanıb.
Hadisə yerindən “Makarov” markalı tapança aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü