İranda Azərbaycan əleyhinə təbliğatın əsas simalarından olan Əli Əkbər Raefipurun şagirdlərindən biri olan Behbud Kaboli X hesabında Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadənin “Azərbaycan musiqisi valehedicidir. Təbrizdən eşitmək çox xoşdur” paylaşımına qərəzli münasibət bildirib.
BUTA.TV xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.
Behbud Kaboli Azərbaycanın ərazi bütövlüyünə dil uzatmaqdan da çəkinməyib:
“Cənab səfir, özünüzə saxta mədəniyyət düzəltməyin. Şimali Azərbaycan böyük İranın geniş ərazisinin bir hissəsi olub və olacaq. Bu musiqi də Təbrizdən səslənən əsl İran musiqisidir. Əgər ruslar Şimali Azərbaycanı ayırmasaydılar, indi siz İran vətəndaşı idiniz. Əlbəttə, gələcəkdə İran vətəndaşı olacaqsınız”.
- Azərbaycanda abortların sayı rekord həddə...
- Oxucularımı əhliləşdirmişəm, şeirlərimi anlayırlar - Seyidcahan
- Balıq bazarında bahalaşma gözlənilir - Video
- Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar
- "Mənim qızımı niyə gətirməmisən, görərdim" - Video
- Netanyahu Qəzza ilə bağlı orduya əmr verdi
- Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
- Sərnişin qatarı Tiflisdən Bakıya yola düşdü